Uşaq musiqi məktəbinin şagirdlərinin növbəti uğuru

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Niyazi adına 22 nömrəli uşaq musiqi məktəbinin şagirdləri Gənclər İttifaqı və Azərbaycan Rəqs Assosiasiyasının təşkilatçılığı ilə keçirilən “Qarabağ kuboku 2020” adlı onlayn beynəlxalq incəsənət yarışmasında iştirak ediblər.

İdarədən SİA-ya bildirilib ki, yarışmaya bütün bölgələrdən, paytaxt Bakıdan, eləcə də qonşu ölkələrdən - Gürcüstan, Türkiyə, İran və başqa yerlərdən iştirakçılar qatılıblar. Bu il yarışmada gücünü sınayanlar xüsusi həvəs və şövqlə çıxış ediblər. Səbəb isə ordumuzun ön cəbhədə bizə yaşatdığı Qələbə sevincləri ilə bağlıdır. Yeni nəsil gənclərimiz Qarabağ kuboku uğrunda yarışmada eyni əzmkarlığı nümayiş etdiriblər.

Məktəbin şagirdi Elmira Dadaşova “Simli alətlər” nominasiyasında violin ixtisası üzrə I yerə, “Klaviatura alətləri” nominasiyasında fortepiano ixtisası üzrə Nuray Əhədzadə I yerə, eyni nominasiyada fortepiano ixtisası üzrə Zeynəb Bağırzadə 2-ci yerə layiq görülüb və laureat adını qazanıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə