"Şəhidlər ölməz, Vətən bölünməz!” layihəsi davam edir

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) “Şəhidlər ölməz, Vətən bölünməz!” layihəsi davam edir.

Kitabxanadan SİA-ya bildirilib ki, layihəyə qoşulan yazıçı və şairlərimiz mütəmadi olaraq şəhidlik zirvəsinə ucalan Vətən oğulları ilə bağlı əsərlərini kitabxanaya təqdim edirlər.

Bu dəfə yazıçı Gülarə Munis şəhid Hatəm İskəndərov haqqında əsərini balaca oxucular üçün səsləndirib.

Bütün xəbərlər Facebook səhifəmizdə