Əbülfəs Qarayev İranın Azərbaycandakı səfiri ilə görüşüb

Əbülfəs Qarayev İranın Azərbaycandakı səfiri ilə görüşüb

Mədəniyyət və turizm nazir Əbülfəs Qarayev İranın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Məhəmməd Bagir Bəhramini qəbul edib. SİA-nın xəbərinə görə, görüş zaman Azərbaycan və İran arasında ikitərəfli əlaqələrin dinamikasının yüksək inkişafı qeyd edilmiş, hələ qədim zamanlardan iki ölkə arasında formalaşmış münasibətlərin müasir dönəmdə daha da genişləndirilməsinin zəruriliyi, xüsusən də mədəni münasibətlərdə təşəkkül tapmış dostluq əlaqələrindən bəhs edilib.

Eyni zamanda, tərəflər cari ilin oktyabr ayında Azərbaycanda İran Mədəniyyət günlərinin keçirilməsini müzakirə etmiş və təntənəli açılış zamanı İranın yeni təyin olunmuş Mədəniyyət Naziri Mohammad Hosseininin də rəsmi açılış mərasimində iştirak etməsinin mümkünlüyü nəzərdən keçiriblər.

Həmçinin səfir, İran Mədəniyyət Günləri çərçivəsində musiqi, əl yazma, teatr, əl işləri və rəssamlıq nümunələrinin təqdim olunması və təşkilatı işlər ilə bağlı əvvəlcədən işçi qrupunun ölkəmizə səfəri barəsində razılığa gəliblər.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb.

Görüşün sonunda Ə.Qarayev Səfirə iki ölkə arasında münasibətlərin və qarşılıqlı faydalı əməkdaşlığın daha da inkişaf etməsi naminə onun Azərbaycanda görəcəyi işlərində müvəffəqiyyətlər arzulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə