Yaponiya Media Art Festivalı müraciətlər üçün açıqdır

Müxtəlif media sahələrində - animasiya və komikslərdən media art və oyunlara qədər görkəmli işləri qiymətləndirən Yaponiyanın Media Art Festivalı (Media Geijutsu) 2020-ci il üçün müraciətləri açıq elan edib. SİA-nın məlumatına görə, festival incəsənət, əyləncə, animasiya istiqamətlərinin hər birinə dair mükafatlar verir.

İncəsənət kateqoriyasına- interaktiv incəsənət, media instalyasiyaları, video işləri, video instalyasiyalar, qrafika sənəti, internet art, media tamaşalar, əyləncə kateqoriyasına - videooyunlar, video/səs işləri, multimedia məhsulları (xüsusi effektli videolar, tamaşalar daxil olmaqla), məhsullar (media texnologiyalarından istifadə olunan məhsullar, R&D cihazları), animasiya kateqoriyasına - animasiya bədii filmləri, cizgi filmləri, cizgi serialları, yayım üçün videolar, manqa kateqoriyasına isə - kitab şəklində və ya jurnalda dərc olunmuş komikslər daxildir.

Hər istiqamət üzrə mükafatları təqdim ediləcək. Bundan əlavə, dörd istiqamətin hər hansı birində media incəsənətinə xüsusi töhfə verən şəxslərə və ya qruplara münsiflər heyətinin tövsiyəsi ilə xüsusi nailiyyət mükafatları (sertifikat, kubok) təqdim olunacaq.

Ətraflı məlumat əldə etmək və müraciət üçün festivalın rəsmi səhifəsinə daxil olmaq lazımdır:

https://j-mediaarts.jp/en/contest/entry_guideline/

Bütün xəbərlər Facebook səhifəmizdə