May ayının 4 - də saat Akademik Milli Dram Teatrında ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş konfrans keçiriləcək.
"İstedada diqqət və qayğı gələcəyə yönəlik sərmayədir" adlı konfrans eyni başlıqla keçirilən müsabiqənin yekunlarına həsr olunacaq. Konfransda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri, Əməkdar müəllim Nailə xanım Rzaquliyeva və digər qonaqların, o cümlədən istedadlı şagirdlərin çıxışı nəzərdə tutulur. Tədbir mükafatlandırma və bədii hissədən ibarət olacaq.
Məlumat üçün bildirək ki, istedadlı şagirdlərin yaradıcılıq qabiliyyətinin inkişafı üçün hərtərəfli əlverişli şərait yaratmaq məqsədi daşıyan və 2 layihə üzrə aparılan müsabiqə 3 – məktəb, rayon və şəhər mərhələsində həyata keçirilib.
Həmin layihələr ədəbi – bədii və kompyuter layihələridir. Müsabiqənin şərtlərinə əsasən, Bakı şəhəri üzrə ümumtəhsil məktəblərinin VIII – XI sinif şagirdləri ədəbi – bədii layihələr üzrə inşa yazı, şeir, bədii qiraət və rəsm işləri, kompyuter layihəsi üzrə isə təqdimatlar, veb - saytlar, kompyuter proqramları və öyrədici işlərlə iştirak ediblər.
Qeyd edək ki, birinciliyə layiq görülən qaliblər il ərzində hər ay 50 manat məbləğində təqaüdlə təmin olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB