Xanımana Əlibəylinin 100 illik yubileyinə həsr olunmuş videoçarx hazırlanıb

Xanımana Əlibəylinin 100 illik yubileyinə həsr olunmuş videoçarx hazırlanıb

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 12 nömrəli filialı tanınmış şəxsiyyətlərlə bağlı videoçarxlar hazırlayır. Kitabxanadan SİA-ya bildirilib ki, növbəti videoçarx uşaqlar üçün yazılmış yüzlərlə şeirin, onlarla poema və səhnə əsərinin, 30-dan çox kitabın müəllifi Xanımana Əlibəylinin 100 illik yubileyinə həsr olunub.

Qeyd edək ki, X.Əlibəylinin əsərləri uşaqlarda vətənə məhəbbət, əməyə ehtiram, təbiət gözəlliklərinə vurğunluq, ataya, anaya, müəllimə, ümumiyyətlə, böyüklərə hörmət, özündən kiçiklərə şəfqət, mehribanlıq, dostluqda dəyanət, insan ləyaqətinə kölgə salan eybəcərliklərə nifrət kimi çox gərəkli duyğular aşılayır. Şairə bütün bunları sevimli kiçikyaşlı uşaqların qavrayış tərzinə uyğun bədii təsvir və ifadə vasitələri ilə təqdim edib.

Videoçarxa “YouTube” portalında, kitabxananın “Facebook” və “Instagram” səhifələrində baxmaq olar.a

Bütün xəbərlər Facebook səhifəmizdə