Azərbaycanlı qızcığaz Türkiyənin İstiqlal Marşını oxuması ilə diqqətləri özünə cəlb edib
İstanbulun Feyyaz Berke uşaq bağçasında təhsil alan azərbaycanlı Nisəxanım Hüseynova Türkiyənin İstiqlal Marşını (dövlət himnini) türk uşaqlardan daha yaxşı səsləndirməsi ilə diqqətləri öz üzərinə çəkib.
SİA xəbər verir ki, Türkiyədə qeyd edilən 23 aprel - Milli Suverenlik və Uşaq Bayramı münasibətilə hazırlanan videoçarxda Nisəxanımın həmyaşıdları iştirak ediblər.
Müəllimləri tərəfindən sevilən balaca həmvətənimiz ağlı və bacarığı ilə həmyaşıdlarından seçilir.
Videoçarx azərbaycanlı balaca qızcıqaz tərəfindən İstiqlal Marşının şeir formasında səsləndirməsi ilə başlayır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB