"Musiqi və incəsənət məktəblərinə şagirdlərin qəbulu elektron qaydada aparılacaq" AÇIQLAMA

Bu ildən etibarən Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən musiqi və incəsənət məktəblərinə şagirdlərin qəbulu elektron formada aparılacaq. SİA-nın məlumatına görə, bu sözləri Mədəniyyət naziri Əbülfəs Qarayev “Mədəniyyət Biznes Forumu: Mövcud vəziyyət və perspektivlər” forumunda çıxışı zamanı deyib.

Nazir söyləyib ki, şagirdlərin seçimi xüsusi yaradılacaq komissiya tərəfindən aparılacaq. Onun sözlərinə görə, iki ildir ki, bu məktəblərə müəllimlərin işə qəbulu elektron formada, açıq müsabiqə yolu ilə həyata keçirilir.

“Ötən il 500 müəllimin müraciəti qəbul olunub ki, onlardan 125 nəfəri işlə təmin edilib. Həmin məktəblərdə bu günədək 15 minədək insan çalışır, 60 minədək şagird təhsil alır. İstedadlı uşaqların orada təmənnasız, pulsuz təhsil almasını dövlət öz üzərinə götürüb”, - deyə nazir qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə