Mədəniyyət naziri Əbülfəs Qarayev Qırğızıstanın Xalq şairi, bu ölkənin Beynəlxalq Türk Mədəniyyəti Təşkilatındakı (TÜRKSOY) təmsilçisi Kojogeldi Kuluyevi fəxri fərmanla təltif edib. SİA-nın məlumatına görə, Azərbaycanın TÜRKSOY-dakı nümayəndəsi Elçin Qafarlı fəxri fərmanı Xalq şairinə onun Ankarada yubiley mərasimində təqdim olunub.

Fəxri fərmanda görkəmli qırğız şairinin Azərbaycan və Qırğızıstan arasında mədəni əlaqələrin inkişafı və Azərbaycan mədəniyyətinin təbliğində səmərəli fəaliyyəti ilə əlaqədar təltif edildiyi bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə