Xalqı xalq edən onun milli adət-ənənələridir. Milli adət-ənənələr, mərasimlər xalqımızın milli sərvətidir və xalqın irsinin, milli mənəviyyatının, mədəni simasının təzahürüdür. Xalqımızın milli-estetik dəyərlərin tərənnümçüsü olan toy kimi gözəl adəti var. Toy hər bir xalqın milli-etnik davranış normalarını, vərdişlərini, ailə-məişət etikasını varislik baxımından yaşatmaqla yanaşı, xalqın bədii yaradıcılığının mənbəyi kimi də böyük əhəmiyyətə malikdir.
Azərbaycan Milli İncəsənət Muzeyi hər kəsi xalqımızın nəsildən-nəslə keçərək bu günə qədər gəlib çatmış milli adət-ənənələrini müzakirə etməyə, eləcə də toy atributikası, geyimləri, zinət əşyaları ilə yaxından tanış olmağa dəvət edir.
Mədəniyyət Nazirliyindən SİA-ya bildirilib ki, “Deyirlər ki, toy olacaq” adlı tədbirdə iştirak edən hər kəs bu qədim ənənəmiz barədə onları maraqlandıran sualları birbaşa etnoqraf-alim Solmaz Məhərrəmovaya ünvanlıya biləcək.
Fevralın 13-də təşkil olunacaq tədbirdə hər kəsin iştirak etmək imkanı var.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Warning: array_chunk() expects parameter 1 to be array, null given in /home/siaaz/www/classes/tpl.class.php(70) : eval()'d code on line 169
Warning: Invalid argument supplied for foreach() in /home/siaaz/www/classes/tpl.class.php(70) : eval()'d code on line 170




USD
EUR
GBP
RUB