Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Qara Qarayevin ev-muzeyində bəstəkar-pianoçu Cahangir Qarayevin 70 illiyinə həsr edilmiş xatirə tədbiri keçirilib. SİA-nın məlumatına görə, Musiqi Mədəniyyəti Dövlət Muzeyinin təşkilatçılığı ilə reallaşan tədbirdə bəstəkarın həyat və yaradıcılığından danışılıb, onun musiqi mədəniyyətimizin inkişafındakı xidmətləri qeyd olunub.
Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova bəstəkar-pianoçunun həyat və yaradıcılığı haqqında məlumat verib. Bildirib ki, 1950-ci ildə anadan olan Cahangir Qarayev Bülbül adına Orta İxtisas Musiqi Məktəbini, Azərbaycan Dövlət Konservatoriyasının (indiki BMA) fortepiano fakültəsini, sonra isə aspiranturanı bitirib. Bir müddət konservatoriyada xüsusi fortepiano sinfində dərs dedikdən sonra aydın düşüncəsi, qızıl barmaqları, incə qəlbi ilə hər kəsi heyrətləndirən musiqiçi qısa vaxtda fərqli və mükəmməl ifası ilə şöhrət tapıb.
Vurğulanıb ki, Cahangir Qarayev 1973-cü ildə Almatıda, 1975-ci ildə Tbilisidə “Zaqafqaziya baharı” festivalında respublikamızı müvəffəqiyyətlə təmsil edib.
Cahangir Qarayevi istedadlı pianoçu kimi xarakterizə edən natiq söyləyib ki, o, özünə qarşı son dərəcə tələbkar idi. Ömrünün sonunadək musiqi ilə məşğul oldu, bu sahədə əsərlər yazdı, eksperimentlər apardı.
Onun dünyadan qəfil gedişini musiqimiz üçün böyük itki hesab edən A. Bayramova, C.Qarayevin bənzərsiz ifalarının heç zaman unudulmayacağını qeyd edib.
Tədbir konsert proqramı ilə davam edib.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)

.jpg)

USD
EUR
GBP
RUB