“Professor Nizami Xudiyevin həyatı və yaradıcılıq yolu” - YENİ NƏŞR

“Professor Nizami Xudiyevin həyatı və yaradıcılıq yolu” - YENİ NƏŞR

Mədəniyyət Nazirliyinin dəstəyi ilə yazıçı, pedaqoji elmlər namizədi Allahverdi Eminovun “Professor Nizami Xudiyevin həyatı və yaradıcılıq yolu” adlı kitabı işıq üzü görüb. Nazirlikdən SİA-ya bildirilib ki, kitabda görkəmli ictimai, mədəniyyət və dövlət xadimi, filologiya elmlər doktoru, Əməkdar elm xadimi, professor Nizami Xudiyevin həyat və yaradıcılıq yolundan bəhs olunur.

“Şərq-Qərb” nəşriyyatında yüksək poliqrafik keyfiyyətlə çap edilən kitab Mədəniyyət Nazirliyinin tabeçiliyində olan kütləvi kitabxanalara paylanılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə