Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Cabbar Qaryağdıoğlu adına 9 nömrəli uşaq musiqi məktəbinin şagirdləri “Ümid” Beynəlxalq müsabiqəsində uğurla iştirak ediblər. SİA-nın məlumatına görə, məktəbin xor kollektivi və vokal üzrə solistləri A.Hüseynova, H.Şəfiyev, F.Mənsurova birinci yerə layiq görülüb. Tar ixtisası üzrə III sinif şagirdi Z.Paşazadə və II sinif şagirdi Q.Ramazanlı birinci yeri tutub.
Skripka ixtisası üzrə VI sinif şagirdi R.Ramazanova birinci yerə layiq görülüb. Vokal ixtisası üzrə A.Hüseynova, H.Şəfiyev, F.Mənsurova laureat adını alıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB