Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin 33 nömrəli uşaq musiqi məktəbində görkəmli bəstəkar Asəf Zeynallının 110 illik yubileyi qeyd olunub. İdarədən SİA-ya bildirilib ki, tədbirdə məktəbin müəllimi Aynur Məmmədova bəstəkarın həyat və yaradıcılıq yolunu əks etdirən məruzə ilə çıxış edib.
Yubiley tədbirində məktəbin şagirdlərinin ifasında “Ölkəm” romansı, fortepiano üçün “Uşaq süitasından” - “Kuklaların yürüşü”, “Deyişmə”, “Uşaq və buz” pyesləri, bəstəkar tərəfindən nota köçürülmüş “Bülbüllər oxur”, “Evləri var xana-xana” xalq mahnıları və “Araz” pyesi səslənib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB