Leyla Əliyeva məşhurlarla qala gecəsində FOTO

Xalq artisti Emin Ağalarovun təşəbbüsü ilə lentə alınan "Jara" filminin Bakıda qala gecəsi keçirilib.

SİA-nın məlumatına görə, təqdimat mərasimi Heydər Əliyev Mərkəzində baş tutub. Gecəyə Emin, filmin aktyor heyəti ilə yanaşı, digər tanınmışlar da qatılıblar.

Qalaya Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da gəlib. O, tədbirə oğlu Əli ilə birlikdə qatılıb.

Gecədə səhnəyə çıxan Emin romantik komediya janrında olan filmdən danışıb və hər kəsə xoş istirahətlər diləyib.

"Jara"nın ideya müəllifi və prodüsseri Teymur Cəfərov, rejissoru Dunya Lisova, quruluşçu-rəssamı Masksim Alipçenko və quruluşçu-operatoru Vasiliy Rıjovdur.

Ekran işinin çəkilişləri ötən il Bakıda keçirilən "Jara" beynəlxalq musiqi festivalında aparılıb. Çəkilişlərdə Filip Kirkorov, Nikolay Baskov, Qriqoriy Leps, Ani Lorak, Emin, Valeriya, İosif Priqojin, Timati, Yeqor Krid və başqaları iştirak ediblər.

Filmin süjeti Rusiya estradasının ulduzları ilə dolu təyyarədə başlayır. Bakıya "Jara" festivalına gələn müğənnilər arasında Daşa Steklova adlı qız da var. O, filmin qəhrəmanı və "Jara" festivalını öz şousu ilə bağlayan artistdir. Onun rolunu Diana Pojarskaya ifa edib.

Bütün xəbərlər Facebook səhifəmizdə