"Növbəti il “Jara” festivalının yubileyini qeyd edəcəyik" - Açıqlama
"“Jara” Beynəlxalq Musiqi Festivalı həm də Azərbaycanda turizmin inkişafına xidmət edir. Düşünürəm ki, bu, çox yaxşıdır. Bakıda beynəlxalq mədəniyyət, idman yarışlarının keçirilməsi şəhərə bütün dünyadan turistləri cəlb edir. Ümid edirəm ki, Bakı turistik bir mərkəzə çevriləcək". SİA-nın məlumatına görə, bu sözləri “Jara” festivalının təşkilatçılarından biri, “Qızıl qrammofon” mükafatının təsisçisi Sergey Kojevnikov deyib.
O, əlavə edib ki, bizim çoxlu planlarımız var: "Növbəti il “Jara” festivalının yubileyini qeyd edəcəyik. Tamaşaçıları yeni sürprizlər gözləyir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB