Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Mövlud Teymur “Mən sözü düz dedim” adlı yeni şeirlər kitabı ilə oxucuların görüşünə gəlib. SİA-nın məlumatına görə, şairin sayca on altıncı kitabı olan bu topluda ana vətənə, doğma yurda, torpağa, elə-obaya, təbii gözəlliklərə bağlılıq ülvi bir hisslə tərənnüm olunur. Həyata münasibət, insanın daxili aləminə varmaq, gəncliyə, təmiz sevgiyə, saf məhəbbətə ucadan baxmaq hissləri, duyğuları bədii dildə, obrazlı, qabarıq şəkildə verilib. Bədii cəhətdən, dil, üslub baxımından zəngin, yaddaqalan bu şeirlər oxucuda xoş təəssürat oyadır.
Qeyd edək ki, respublikamızın dilbər guşəsi olan İsmayıllı rayonunun Buynuz kəndində 1951-ci ildə dünyaya göz açan Mövlud Teymur orta məktəb illərindən ədəbiyyata, şeirə böyük maraq göstərib, rayonda çıxan “Zəhmətkeş” qəzeti redaksiyasında fəaliyyət göstərən ədəbi məclisin fəal üzvlərindən olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB