61-ci Beynəlxalq Berlin Film Festivalı başlayıb - FOTO

61-ci Beynəlxalq Berlin Film Festivalı başlayıb - FOTO
Almaniyanın paytaxtı Berlində təşkil olunan "61-ci Beynəlxalq Berlin Film Festivalı" start götürüb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, festival Joyel və Etan Con qardaşlarının rejissorluq etdikləri "True Grit" filminin nümayişi ilə başlayıb.

Festivalın açılışından əvvəl həyata keçirilən görüşdə festivalın bu ilki münsiflər heyətinin sədri İzabella Rossellini, türk aktrisası Sibəl Kəkilli, Alman hökumətinin mədəniyyət naziri Bernd Neumann, Almaniyanın keçmiş xarici işlər naziri Yoşka Fişer, Türkiyənin Berlindəki Səfiri Əhməd Acetin və bir sıra tanınmış aktyorlar da iştirak edib.

Festivalda "Qızıl Ayı" mükafatı üçün mübarizə aparan 16 film arasında həmçinin rejissorluğunu Seyfi Teomanın "Bu bizim çarəsizliyimiz" adlı türk filmi də iştirak edir.

Qeyd edək ki, 20 fevralda sona çatacaq festivalda 58 ölkədən təxminən 400 film göstəriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə