"Şəki Xan Sarayı dünyanın diqqətini daha çox çəkəcək" - ÖZƏL

"Şəki Xan Sarayı dünyanın diqqətini daha çox çəkəcək" - ÖZƏL

“UNESCO-nun 43-cü sessiyasının Bakıda keçirilməsi və Şəki Xan Sarayının UNESCO-nin Dünya İsr Siyahısına qəbul edilməsi oduqca önəmli hadisədir. Bundan sonra Azərbaycanın maddi və mədəni abidələri dünyanın diqqətini daha çox çəkəcək və bu abidə türist axınına daha çox səbəb olacaq". SİA-nın məlumatına görə, bu sözləri millət vəkili Ağacan Abiyev bildirib.

O, əlavə edib ki, Şəki qədim İpək Yolunun mərkəzində yerləşir. Bu məbədin tarixi zənginliyi, akustikası görənləri valeh edir: "Bu saray və ətraf ərazilərin UNESCO siyahısında olması bu məkana diqqəti saha da çoxaldacaq. Bu münasibətlə ölkə rəhbərimiz İlham Əliyevin Azərbaycan xalqını təbrik etməsi, birinci-vitse prezident Mehriban Əliyevanın göztərdiyi diqqət də təqdirəlayiqdir. Bu mühüm qərarın verilməsində Azərbaycan dövlətinin böyük diqqəti, payı var. Ölkə rəhbəri qeyd etmişdir ki, Şəkinin tarixi mərkəzində keçmişimizi özündə təcəssüm etdirən Şəki Xan Sarayı, karvansaraylar, məscid və minarələr, qədim körpülər, sənətkarlıq emalatxanaları və yaşayış evləri bu gündən etibarən təkcə xalqımızın deyil, bəşəriyyətin mədəni irsi hesab olunur".

Bütün xəbərlər Facebook səhifəmizdə