8 nominasiya UNESCO-nin Dünya İrs Siyahısına daxil edilib- SƏSVERMƏ

8 nominasiya UNESCO-nin Dünya İrs Siyahısına daxil edilib- SƏSVERMƏ

UNESKO-nun Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyası çərçivəsində 8 məkan-Koreyanın SeovonYeni Konfutsi Akademiyası, Kanadanın daşlar üzərində yazı olan əyalət parkı, Çexiya və Almaniyanın Krusnohori dağ-mədən regionu, Myanmanın Bagan şəhəri, Yaponiyanın Mozu Furuichi Kofun Gruop-qədim yapon mədəniyyətini əks etdirən məzarlıq, Laos Demokratik Respublikasının Xienghuang tarixi ərazisi, Çexiyanın Kladrubi Nad-Labem mərasim atlarının təlimi və yerləşdirilməsi, Almaniyanın Auqsburq su idarəetmə sistemi ilə bağlı nominasiyaları müzakirə olunub. SİA-nın məlumatına görə, bildirilib ki, bu tarixi yerlərin mühafizəsi, qorunub saxlanılması olduqca vacibdir.

Müzakirələrdən sonra nominasiyalar üzrə səsvermə keçirilib və həmin ərazilər UNESKO-nun Dünya İrs Siyahısına daxil edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə