“Çinin təqdim etdiyi nominasiyanın qəbulu böyük uğurdur” - AÇIQLAMA

“Çinin təqdim etdiyi nominasiyanın qəbulu böyük uğurdur” - AÇIQLAMA

“Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası iştirakçı ölkələr tərəfindən mədəni irs abidələrinin Dünya İrs Siyahısına salınması üçün təkliflərin dəyərləndirilməsi baxımından çox əhəmiyyətlidir. Mən Bakı sessiyasını və təşkilatçılığı yüksək dəyərləndirirəm”. SİA-nın məlumatına görə, UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında iştirak edən Çinin Makau inzibati ərazisinin nümayəndəsi Tam Çon Venq səsləndirib.

Ölkəmizdə ilk dəfə olmasından məmnunluğunu ifadə edən qonaq tədbirin yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə, xüsusilə Mədəniyyət Nazirliyinə təşəkkürünü bildirib. O, belə tədbirlərin keçirilməsinin Azərbaycanın zəngin tarixi və mədəni irsinin təbliği baxımından əhəmiyyətini vurğulayıb: “Azərbaycanın turizm potensialı böyükdür. Bu tədbir xarici turistlərin Azərbaycana olan marağını artırmaq üçün gözəl fürsətdir. Ümumdünya İrs Komitəsinin Bakı sessiyasında Çinin təqdim etdiyi nominasiya ilə bağlı qəbul edilən qərar böyük uğurdur”.

Bütün xəbərlər Facebook səhifəmizdə