Lənkəran Dövlət Dram Teatrının truppası İran İslam Respublikasına festivala dəvət olunub. SİA-nın cənub bürosunun məlumatına görə, bu barədə məlumatı teatrın direktoru Tofiq Heydərov verib. Onun sözlərinə görə, dəvət qonşu ölkənin Zəncan şəhərində iyulun 8-dən 12-ə kimi davam edəcək Milli Teatr Festivalından gəlib. Lənkəran teatrı bu sənət yarışmasında respublikamızı Emil Əskərovun müəllifi və quruluşçu rejissoru olduğu “Sehirbazlar dərəsi” nağıl-tamaşası ilə təmsil edəcək.
Süjet xətti Azərbaycan folklorunun ənənələrindən qaynaqlanan bu səhnə əsərinin quruluşçu rejissoru Tərlan Sadıqov, musiqi tərtibatçısı Fərahim Fərəcovdur. Rolları respublikanın Əməkdar artisti Sucəddin Mirzəyev, aktyorlar Emin Fərzullayev və Sayad Əliyev ifa edəcəklər.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB