Ölkəmizin Fransadakı səfirliyinin dəstəyi və Fransa-Azərbaycan Dialoq Assosiasiyasının (ADFA) təşkilatçılığı ilə Parisdə rəssam Əli Seyranın əsərlərinin sərgisi təşkil olunub. SİA-nın məlumatına görə, Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən tədbirdə ADFA-nın prezidenti Günel Səfərova ölkələrimiz arasındakı mədəniyyət əlaqələrinə və ortaq xüsusiyyətlərə toxunub. O, ölkəmizin mədəniyyət sahəsinə göstərdiyi diqqətdən, Avropada bir çox mədəniyyət abidələrinin bərpasına verdiyi töhfələrdən söz açıb.
Fransa-Azərbaycan Dialoq Assosiasiyasının (ADFA) fəaliyyəti haqqında ətraflı məlumat verən G.Səfərova deyib ki, bir yaşı olan təşkilat qısa müddət ərzində Azərbaycanın tarixini və mədəniyyətini tərənnüm edən 30-dan artıq tədbir keçirib. Sərgidə ölkəmizin tarixi abidələrini, təbiətini əks etdirən natürmortlar sənətsevərlərin marağına səbəb olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB