"Şahmar Əkbərzadə adını yaşatmaq çox gözəl hadisədir" - Rəy

"Şahmar Əkbərzadə adını yaşatmaq çox gözəl hadisədir" - Rəy

“Elçin İsgəndərzadəni hələ gəncliyimizdən tanıyıram. Onun ədəbiyyatın inkişafında, təbliğində ardıcıl və davamlı fəaliyyətini hər zaman yüksək dəyərləndirirəm. Elçin İsgəndərzadənin bu mükafatla Şahmar Əkbərzadə adını yaşatması da çox gözəl hadisədir. Onun seçdiyi mükafatçılar öz dəyəri ilə seçilirlər”.

SİA-nın məlumatına görə, bu sözləri Azərbaycan Yazıçılar Birliyinin sədri Rəşad Məcid Şahmar Ələkbərzadə adına ədəbiyyat mükafatının təqdimatında səsləndirib. O, əlavə edib ki, Şahmar Əkbərzadə adına ədəbiyyat mükafatı artıq 19-cu ildir ki, bu sahədə il ərzində uğurlu fəaliyyət göstərmiş qələm adamlarına verilir.

Bütün xəbərlər Facebook səhifəmizdə