Ramiz Rövşən: "Bu kitablar nəvələrimə və bütün uşaqlara hədiyyədir" - ÖZƏL

Ramiz Rövşən: "Bu kitablar nəvələrimə və bütün uşaqlara hədiyyədir" - ÖZƏL

Xəbər verdiyimiz kimi şair Ramiz Rövşən uşaqlar üçün iki şeirlər kitabı yazıb. Kitablar “Gizlənmişəm, tap məni” və “Göyərçinim, gəl görüm” adlanır. SİA-nın məlumatına görə, şair bidirib ki, qələmə aldığı kitablar həm öz nəvələrinə, həm də bütün uşaqlara hədiyyədir: "Uşaqlar bizim bu günümüz, gələcəyimizdir. Onları unutmaq olmaz. Çoxdan uşaqlar üçün kitab yazmağı planlaşdırırdım. Ara-sıra yazdıqlarımı iki kitab halına saldıq. Ümid edirəm, uşaqlar bu kitabları sevərək oxuyacaqlar. Hər şair istəyər ki, onun oxuculrı arasında azyaşlılar da olsun. Uşaqlara yazmaq üçün insan gərək içində özü də uşaq kimi qala bilsin".

Məlumat üçün bildirək ki, Ramiz Rövşənin yeni “Sevgi açarı” adlı şeirlər kitabı da işıq üzü görüb. Kitabda indiyə kimi nəşr olunmayan sevgi şeirləri yığılıb. Həmçinin kitabda şairin dünya poeziyasından dilimizə tərcümə etdiyi bir neçə sevgi şeiri və son illər yazdığı “Xəyanət” kinopovesti də yer alır.

Bütün xəbərlər Facebook səhifəmizdə