"Qarabağ şikəstəsi"nin ayaq üstə alqışlanması bizə qürur verdi" - ÖZƏL- FOTOLAR
"Ankara səfərimiz olduqca gözəl keçdi. Konsertdə “Heydər babaya salam”, “Qara tellər”, “Nə olaydı” xalq mahnıları və təsniflər, o cümlədən, Nəsiminin qəzəlləri səsləndi. İfamız çox gözəl qarşılandı". Bu sözləri SİA-ya açıqlamasında xanəndə, Xalq artisti Mənsum İbrahimov bildirib.
O, əlavə edib ki, “Qarabağ” Muğam Qrupunun üzvləri Əməkdar artistlər Elçin Həşimov (tar) və Elnur Əhmədov (kamança) musiqiləri müşayiət ediblə: "Konsertin sonunda ifa olunan “Qarabağ şikəstəsi"nin tamaşaçılar tərəfindən ayaq üstə alqışlanması bizə qürur verdi".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB