“Mən öncə yüksək qonaqpərvərlik üçün Azərbaycan Prezidenti cənab İlham Əliyevə təşəkkür edirəm. Bakı Forumunun belə səviyyədə keçirilməsində bütün iştirakçılara da minnətdaram”. SİA-nın məlumatına görə, bu sözləri Qananın xarici işlər naziri Şirliy Botsley bildirib.
O, əlavə edib ki, bizim cəmiyyətdə ən önəmli məsələlərdən biri də mədəniyyətdir: “Mədəniyyətin bir istiqaməti isə dindir. Qanada 3 din tədris edilir. Ölkəmizdə bütün dinlərin tədbirlərdə iştirakı sərbəstdir. Bu gün iştirak etdiyimiz Forumda bərabərlik və hüquq müdafiəsi önəmlidir. Biz sosial medianı və gənclərin gücünü də vurğulamalıyıq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB