“Bakılı neft kralı” sənədli filminin çəkilişləri başa çatıb

“Bakılı neft kralı” sənədli filminin çəkilişləri başa çatıb
"Butafilm" kino şirkəti Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə "Bakılı neft kralı" sənədli filminin çəkilişlərini başa çatdırıb. Bu barədə SİA-ya kino şirkətdən məlumat verilib.

Məlumata görə, tanınmış azərbaycanlı geoloq, professor Eyyub Tağıyevə həsr edilən filmin çəkilişləri Bakı ilə yanaşı, Moskva, Dehli və Kəlküttə şəhərlərində də aparılıb. Sibirdə zəngin neft yataqlarının kəşfində iştirak etmiş Eyyub Tağıyev Argentina və Braziliyada da çalışıb. Onun Hindistanın neft sənayesinin inkişafındakı xidmətləri isə daha böyükdür. Ekran əsərində zəhmətkeş alimin zəngin həyat yolu geniş şəkildə canlandırılıb.

Filmin ssenari müəllifləri mərhum jurnalist Azad Şərif və Füzuli Sabiroğlu, prodüseri Əli İsa Cabbarovdur.

Qeyd edək ki, yaxın vaxtlarda filmin təqdimat mərasiminin keçirilməsi nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə