"Bu cür sərgilər Azərbaycanın mədəniyyət sahəsində inkişafını göstərir" - AÇIQLAMA

"Bu cür sərgilər Azərbaycanın mədəniyyət sahəsində inkişafını göstərir" - AÇIQLAMA

“ Rəssamın digər xarici ölkələrdə olduğu kimi Ukraynada da fərdi sərgisinin uğur qazanacağına inanıram. Bu cür sərgilər Azərbaycanın mədəniyyət sahəsində inkişafını göstərir". Bu sözləri Ukraynanın paytaxtı Kiyevdə Azərbaycanın Əməkdar rəssamı Vüqar Muradovun fərdi sərgisində ölkəmizin Ukraynadakı səfiri Azər Xudiyev bildirib.

Səfir əlavə edib ki, bu gün ölkəmiz multikulturalizm, mədəniyyət sahəsində lokomotiv rolunu oynayır: "Bu istiqamətdə Azərbaycan Prezidenti İlham Əliyev, birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi altında ölkəmiz dünyada məşhurluq qazanan iri layihələr həyata keçirməkdədir ”.

Müəllif: Jalə

Bütün xəbərlər Facebook səhifəmizdə