Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi yeni ilin ilk premyerasının hazırlıq işlərini başa çatdırmaq üzrədir. Bu barədə SİA-ya teatrın mətbuat xidmətindən məlumat verilib. Belə ki, daim sənətsevərləri maraqlı səhnə əsərləri ilə sevindirən teatr bu dəfə kiçik yaşlı tamaşaçılarına Azərbaycan xalq nağılı "Göyçək Fatma"nı təqdim edəcək.
İki hissəli sehrli nağıl janrında hazırlanan tamaşanın quruluşçu rejissoru teatrın baş rejissoru, xalq artisti Cənnət Səlimova, quruluşçu rəssamı Mustafa Mustafayev, rejissor və xoreoqrafı Nicat Kazımovdur. Tamaşanın musiqi tərtibatı Cahangir Zülfüqarova məxsusdur.
Tamaşada əsas rolları əməkdar artistlər Seyidşah Məmmədov, Nübar Novruzova, Kubra Dadaşova, Naibə Allahverdiyeva, Qəmər Məmmədova, Lətifə Əliyeva, aktyorlar Sərvər Əliyev, Almaz Mustafayeva, Təhminə Məmmədova, Xalidə Əliməmmədova, Zülfiyyə Alhüseynova, Şəbnəm Hüseynova və başqaları ifa edirlər.
Tamaşanın premyerası fevralın 6-da, saat 12.00 və 15.00-da gerçəkləşəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB