Bu gün mədəniyyət naziri Əbülfəs Qarayev Bakı Şəhər Mədəniyyət Baş İdarəsində vətəndaşları qəbul edib. Qəbulda vətəndaşların müxtəlif mövzularda müraciətlərinə baxılıb. SİA-nın məlumatına görə, qəbula yazılmış sakinlər tərəfindən mədəniyyət müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi, o cümlədən musiqi və incəsənət məktəblərinin, teatrların fəaliyyəti ilə bağlı təklif və müraciətlər səsləndirilib.
Həmçinin vətəndaşlar fəxri adların verilməsi, təhsil, işlə təmin olunma və digər məsələlərlə bağlı xahişlərini də nazirə çatdırıblar. Qəbulda müraciətlərin bir qismi həllini tapdı, digər məsələlər araşdırılması üçün nəzarətə götürüldü və lazımi tədbirlərin görülməsi üçün tapşırıqlar verildi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB