Fransanın turizm üzrə ixtisaslaşmış “A/R magazine voyageur” jurnalında “Azərbaycan: Qara və ağ qızıl” adlı təqdimatda ölkəmizin coğrafi mövqeyindən, təbii sərvətlərindən bəhs olunur. Ölkəmizin zənginliyindən bəhs edən müəllif yazır: “Xəzər dənizi sahilində ayaqları neftdə, başı Qafqaz dağlarının üzərindəki buludlara qədər yüksələn Azərbaycan”. SİA-nın məlumatına görə, məqalədə ölkəmizin turistik imkanları haqqında məlumat verilib. Gözəl təbiəti ilə göz oxşayan Quba, onun Qırız kəndi, Qudyalçay haqqında yazan müəllif 4243 metr hündürlüyündə olan Şahdağı unutmayıb.
Qafqaz dağlarının ətəyində yerləşən Şəki şəhəri, Xam sarayından söz açan müəllif bu sarayın ağacdan tikildiyini diqqətə çatdırıb. Bildirilir ki, Şəkidə yerləşən Cümə məscidi dünyada şiələrin və sünnilərin birgə dua etdiyi yeganə yerdir.
Məqalədə Bakının cənubunda yerləşən 8 mindən artıq yaşı olan Qobustan, ətrafda olan palçıq vulkanları haqqında da məlumat verilib.
Bakının müasir arxitektura inciləri olan Alov Qüllələri, XV əsrin yadigarı Şirvanşahlar sarayını təsvir edən müəllif buradan görünən
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB