Heydər Əliyev Fondunun dəstəyi, AzTV-nin təşkilatçılığı, Mədəniyyət Nazirliyinin iştirakı ilə Mədəniyyət Fondunun layihəsi əsasında keçirilən VII Muğam Televiziya Müsabiqəsi yenidən muğamsevərləri bir araya gətirdi. SİA-nın məlumatına görə, Azərbaycan Televiziya və Radiosu, eləcə də “Mədəniyyət” kanalı vasitəsilə canlı yayımlanan müsabiqəsinin ilk günü xalq mahnılarına həsr edilidi. Əvvəlcə ustad sənətkar Cabbar Qaryağdıoğıunun Azərbaycan Televiziyasının qızıl fondunda saxlanılan lent yazısı nümayiş olundu.
Qeyd edək ki, dörd ay davam edəcək builki müsabiqədə 20 iştirakçı qələbə naminə mübarizə aparır. Münsiflər heyəti layihənin yekununda məlahətli səsə sahib ən yaxşı gənc xanəndəni müəyyənləşdirəcək. VII Muğam Televiziya Müsabiqəsinə 400 iştirakçı sənəd verib . Onlardan 20-si layihədə iştirak etmək hüququ qazanıb. İştirakçılardan iki nəfəri əslən iranlıdır.
Münsiflər heyətinin tərkibinə Xalq artistləri Əlibaba Məmmədov, Arif Babayev, Mənsum İbrahimov, Səkinə İsmayılova, Mələkxanım Əyyubova, Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Sərdar Fərəcov və müsabiqənin icraçı direktoru, Yazıçılar Birliyinin katibi İlqar Fəhmi daxildir.
Müsabiqə hər həftənin 2-ci və 4-cü günlərində Azərbaycan Televiziya və Radiosu, eləcə də “Mədəniyyət” kanalı vasitəsilə canlı olaraq yayımlanacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB