"Haqqımda yazılan kitab Fransada təqdim olunacaq" - ÖZƏL

"Haqqımda yazılan kitab Fransada təqdim olunacaq" - ÖZƏL

Tanınmış xanəndə, Xalq artisti Alim Qasımov Fransada haqında yazılan kitabın təqdimat mərasimində iştirak edəcək. Sənətkar SİA-ya verdiyi açıqlamada bildirib ki, haqqında yazılan kitab Fransada təqdim olunacaq. Təqdimat UNESCO-nun görkəmli zalında keçiriləcək.

Məlumat üçün bildirək ki, Xalq artisti Alim Qasımovun bir neçə gün əvvəl disk toplusunun təqdimatı olub. Doqquz kompozisiyanın yer aldığı topluda xanəndə ilə yanaşı, Salman Qəmbərovun, Rauf İslamovun və fransız cazmen Michel Godardin birgə əməyi var.

Bütün xəbərlər Facebook səhifəmizdə