"Ölkəmizdə xalq-iqtidar birliyi monolitdir" - MÜNASİBƏT

"Ölkəmizdə xalq-iqtidar birliyi monolitdir" - MÜNASİBƏT

"Prezident İlham Əliyevin mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşündən əmin olduq ki, ölkəmizdə xalq-iqtidar birliyi monolitdir və ona xələl gətirə biləcək heç bir qüvvə yoxdur". Bu sözləri Lənkəran Dövlət Dram Teatrının direktoru Tofiq Heydərov açıqlamasında bildirib.

O, əlavə edib ki, Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə ölkəmizdə ədəbiyyata, elmə, mədəniyyətə, incəsənət xadimlərinə həmişə diqqət və qayğı göstərilib: "İndi də bu diqqət davam edir. 1973-cü ilin dekabrın 6-da Lənkəran Dövlət Dram Teatrı məhz böyük rəhbərin xeyir-duası ilə uzunmüddətli fasilədən sonra yenidən fəaliyyətə başlayıb. Ölkəmizdə mədəniyyətə, incəsənətə, o cümlədən teatr sənətinə qayğı bu gün Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva tərəfindən layiqli şəkildə davam etdirilir. Mədəniyyət və incəsənət xadimləri ilə keçirilən görüşdə də bunun bir daha şahidi olduq. Bu görüş göstərdi ki, Azərbaycan dövləti mədəniyyətimizin qorunub saxlanılması, inkişaf etdirilməsi, gələcək nəsillərə çatdırılması və xüsusən, beynəlxalq aləmdə tanıdılması məsələlərində daim sənət adamlarının və mədəniyyət müəssisələrinin himayədarıdır”.

Bütün xəbərlər Facebook səhifəmizdə