Əməkdar artist Bəhreyndə konsert verəcək - ÖZƏL

Əməkdar artist Bəhreyndə konsert verəcək - ÖZƏL

Tanınmış xanəndə, Əməkdar artist Qoçaq Əsgərov Bəhreyndə konsert proqramı ilə çıxış edəcək. SİA-nın məlumatına görə, konsertdə ənənəvi olaraq caz ilə muğamın sintezi təqdim olunacaq.

Bu barədə məlumat verən Qoçaq Əsgərov bildirib ki, konsertdə milli mahnılarla yanaşı, muğamlarımız da səslənəcək.

Qeyd edək ki, sənətkar daha öncə Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə də konsert keçirib. Konsert çərçivəsində “Şur” muğamı ifa olunub və muğam zalda böyük çoşqu ilə qarşılanıb. Konserti izləyənlər arasında ərəb şeyxi və səfirliyimizin nümayəndələri də iştirak edib.

Konsertdə İbrahim Babayev (tar), Elnur Mikayılov (kaman), Husaməddin Əzizov (nağara) və Vasif Hüseynzadə (pianino) xanındəni müşayiət edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə