Yamayka əsilli məşhur müğənni Roy Young “King of Blues” qrupu ilə birgə Bakıda çıxış edib. Beynəlxalq Muğam Mərkəzində musiqisevərlərlə görüşən ifaçı konsert çərçivəsində repertuarında hit mahnılarla yanaşı, digər caz nömrələrinə də müraciət edib.
Möhtəşəm ifa nümayiş etdirən müğənni konsertdə öz vokal imkanlarını bütünlüklə təqdim edərək musiqi ilə emosiyalar arasındakı bağlılığı bir daha sübut edib. Young dünya şöhrətli ifaçılar James Brovn, Ray Charles, Bill Kobham, Billy Sheppard və Johnny Micchel ilə eyni səhnəni bölüşüb. Tamaşaçı ilə dərin ünsiyyət quran, maraqlı səsə, açıqlıq və yumşaq yumoru hissinə malik müğənni hər bir fəaliyyətini inanılmaz, parlaq bir şouya çevirməyi bacarır. Onun yaradıcılığında ən lirik əsərlər belə, caz və bluz ritmləri ilə maraqlanan tamaşaçıları rəqs etməyə sövq edir.
Qeyd edək ki, Roy Young yarım əsrdən çoxdur ki, yüksək karyeraya malikdir. O, dünyanın ən yaxşı caz festivallarında müntəzəm olaraq qonaq kimi çıxış edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB