Böyük Azərbaycan şairi Bəxtiyar Vahabzadə təkrarsız poeziyası ilə daim ürəklərdədir. Elə Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Xalq şairi Bəxtiyar Vahabzadəyə həsr olunmuş “Ustada sayğı gecəsi” bunu bir daha sübut etdi. Azərbaycan Yazıçılar Birliyi, Yunus Əmrə İnstitutu və TİKA-nın dəstəyi ilə olan tədbirdə şairin həyat və yaradıcılığından bəhs edən videoçarx nümayiş olundu. Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar çıxış edərək bildirdi ki, Bəxtiyar Vahabzadənin vəfatından 10 il keçsə də bu illər ərzində onun yeri çox göründü: "O, xoşbəxt şair idi. Neçə belə on illər keçəcək, lakin Bəxtiyar hər zaman yaddaşlarda yaşayacaq". Daha sonra TİKA-nın Bakı üzrə əlaqələndiricisi Teoman Tiryaki çıxış etdi. O, Bəxtiyar Vahabzadənin istiqlal şairi olduğunu bildirdi. Yunus Əmrə İnstitutunun müdiri Cihan Özdəmir isə çıxışında Bəxtiyar Vahabzadənin yaradıcılığında dilimizin zənginliyinin qorunub saxlanıldığını vurğuladı. Daha sonra Xalq şairi Sabir Rüstəmxanlı Bəxtiyar Vahabzadənin yaradıcılığına barədə fikirlərini bölüşdü. Gecədə, eyni zamanda “Özümüzü kəsən qılınc” əsəri nümayiş edildi, Xalq şairinin “Əlvida” şeirinin lent yazısı təqdim olundu.Bundan başqa, Xalq artistləri Flora Kərimova, Gülyaz və Gülyanaq Məmmədovalar böyük şair Bəxtiyar Vahabzadənin yaradıcılılğına həsr olunan mahnılar ifa etdilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB