"125 istedadlı gənc Prezident təqaüdünə layiq görülüb" - AÇIQLAMA
Ölkəmizdə cənclər siyasəti dövlət siyasətinin müham hissələrindən biridir. SİA-nın məlumatına görə, bu barədə mədəniyyət naziri Əbülfəs Qarayev maraqlı açılamalar verib.
Nazir qeyd edib ki, ölkəmizdə Gənclər Günü ilə bağlı silsilə tədbirlərin təşkil olunması, müxtəlif sahələrdə yüksək nailiyyətlər qazanmış gənclərin mükafatlandırılması, istedadlı gənclərin beynəlxalq festival və müsabiqələrdə iştirakı həmişə dövlət tərəfindən dəstəklənir: "Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq olunan “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı çərçivəsində həyata keçirilən layihələr gənc nəslin hərtərəfli inkişafına stimul verir. Sevindirici haldır ki, yaradıcı gənclərimizin fəaliyyəti diqqətdən kənarda qalmır. Mədəniyyət Nazirliyinin tabeliyindəki yaradıcı təşkilatlarda gənclərin fəaliyyətinə xüsusi diqqət yetirilir. Müxtəlif müsabiqələr, təqdimatlar, yeni layihələr həyata keçirilir. Hazırda ölkəmizdə 125 istedadlı gənc Prezident təqaüdünə layiq görülüb. Bu təqaüdlə onlar öz yaradıcı imkanlarını daha da inkişaf etdirirlər. Belə gənclərin sırasında beynəlxalq müsabiqələr laureatları, xarici ölkələrdə təhsilini davam etdirənlər və dünyanın böyük səhnələrində Azərbaycan mədəniyyətini, incəsənətini yüksək səviyyədə təbliğ edənlər var".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB