Soçidə ŞHK-nin yubiley festivalında 3 komandamız iştirak edəcək
Soçidə Şən və Hazırcavablar Klubu komandalarının XXX Beynəlxalq yubiley festivalı (“KiViN-2019”) keçiriləcək. SİA-nın məlumatına görə, yanvarın 12-dən 25-dək Festivalda Azərbaycanı üç komanda – “Krasnodar diyarı qubernatorunun Kuboku” Beynəlxalq festivalının laureatı “Bakı bulvarı”, Şən və Hazırcavablar Klubu komandaları Azərbaycan Regional Liqasının ikiqat çempionu “AzNeft” və liqanın 2016-cı il çempionu “BDU yığması” təmsil edəcək.
Məlumat üçün bildirək ki, bu, Azərbaycan Regional Liqası komandalarının “KiViN” festivalında artıq beşinci iştirakıdır. Soçi festivalı beynəlxalq Şən və Hazırcavablar Klubu üçün ilin ən mühüm, kütləvi və əlamətdar hadisəsidir. Bu, qazandığı nailiyyətlərdən asılı olmayaraq, bütün komandalar üçün ənənəvi startdır. Məhz bu səbəbdən hər il festivala Rusiya, yaxın və bəzən uzaq xarici ölkələrdən yüzlərlə komanda gəlir. Builki festivalda müxtəlif ölkələrdən – Estoniya, Almaniya, Böyük Britaniya, İsrail, Özbəkistan, Qazaxıstan və digərlərindən 500-dən çox komanda iştirak edəcək.
Festival bir neçə turdan ibarətdir. İlk turun nəticələrinə görə komandalar müxtəlif statuslar alırlar. “Reytinq” onlara regionlararası və regional liqalarda iştirak hüququ verir. “Yüksək reytinq” sayəsində komandalar mərkəzi liqalarda çıxış edə bilərlər. İkinci tura yüksələn komandaları şəxsən Aleksandr Maslyakov qiymətləndirir. Onun yekunları Beynəlxalq, Birinci, Premyer və Ali televiziya liqalarına vəsiqə qazandırır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB