Niyazinin mənzil muzeyində ilin ilk tədbiri dirijorluq sənətinə həsr ediləcək. Muzeyin budəfəki qonağı Azərbaycan Dövlət Opera və Balet Teatrının baş dirijoru, Əməkdar artist Əyyub Quliyev olacaq.
SİA-nın məlumatına görə, yanvarın 16-da Musiqi Mədəniyyət Dövlət Muzeyinin təşəbbüsü ilə reallaşacaq tədbirdə dirijorun yaradıcılığından danışılacaq, dirijorluq sənəti ilə bağlı maraq doğuran suallar cavablandırılacaq.
Tədbirdə bir neçə gənc ifaçının çıxışına da yer veriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB