"Balaca şahzadə" səhnəyə çıxacaq

Azərbaycan Dövlət Musiqili Teatrının 108-ci mövsümü uğurlu və əlamətdar hadisələrlə yadda qalıb. SİA-nın verdiyi məlumata görə, il boyu Musiqili Teatrda bir çox beynəlxalq və respublika əhəmiyyətli tədbirlər keçirilib, bir neçə tamaşanın premyerası olub. Bundan əlavə, aktyorlar beynəlxalq müsabiqələrdə yüksək səviyyədə iştirak ediblər, müxtəlif rəsmi və yaradıcı təşkilatların mükafatlarını qazanıblar.

Sənət ocağının yaradıcı kollektivi bu il də ənənəyə sadiq olmaqla teatrsevərlə üçün bir neçə yeni tamaşa hazırlayır. Belə ki, sənət ocağında ilin ilk premyerası "Balaca Şahzadə”dir.

Bundan başqa, yaradıcı heyət iki yeni səhnə əsərinin - “Çarəsiz sərnişinlər” və “Buratino”nun məşqlərini də davam etdirir.

Bütün xəbərlər Facebook səhifəmizdə