"İstedadlı gənclərin estrada - vokal müsabiqəsi” başlayıb

"İstedadlı gənclərin estrada - vokal müsabiqəsi” başlayıb

Azərbaycan Respublikası Gənclər Fondu, Milli Konservatoriya və Tələbə Gənclər Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə "İstedadlı gənclərin estrada - vokal müsabiqəsi”nə start verilib. SİA-nın verdiyi məlumata görə, müsabiqənin keçirilməsində məqsəd, ali (orta) musiqi təhsili olmayan, lakin səs-vokal imkanlarına sahib tələbə gəncləri aşkarlamaq və onlara müsabiqə vasitəsilə dəstək olmaqdır.

Müsabiqəyə yalnız tədrisində musiqi ixtisası olmayan ali məktəblərin tələbələri qatıla bilər. İştirakçı olmaq istəyən hər bir şəxs öncə qeydiyyatdan keçməlidir.

Müsabiqədə iştirak etmək istəyənlər yanvarın 25-dək qeydiyyatdan keçməlidirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə