Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə "İntiqam almadan ölmə" filminin çəkilişlərinə hazırlıq işləri aparılır.
SİA-nın xəbərinə görə, filmin rejissoru və ssenari müəllifi Xalq Artisti Oqtay Mirqasımovdur. Yeni ekran əsərində XIX əsrin əvvəllərində Azərbaycana köçürülmüş almanlardan bəhs ediləcəkdir.
1817-ci ildə Rusiya imperatoru I Aleksandr 700 şvab ailəsinin Cənubi Qafqaza köçürülməsi barədə göstəriş verib. Bu göstərişə uyğun olaraq o zaman almanlar Azərbaycanda iki şəhərdə - Göygöl və Şəmkir şəhərlərində məskunlaşıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB