Aşıq Əlixan Niftalıyevin anadan olmasının 75 illik yubileyi qeyd edilib FOTOLAR
Ağstafa rayonunda Azərbaycan aşıq sənətinin tanınmış nümayəndəsi, aşıq yaradıcılığı və dastan ədəbiyyatının təbliği və təşviqində uzunmüddətli fəaliyyət göstərən Əməkdar mədəniyyət işçisi aşıq Əlixan Niftalıyevin anadan olmasının 75 illiyi qeyd olunub. SİA Mədəniyyət Nazirliyindən bildirilib ki, xalq yaradıcılığı sahəsindəki səmərəli xidmətlərinə görə, habelə 75 illik yubileyi münasibəti ilə aşıq Əlixan Niftalıyev Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Fəxri Fərmanı ilə təltif edilib.
Təltifetmə mərasimi aşıq Əlixanın səhhətində olan problem ilə əlaqədar onun yaşadığı evdə keçirilib.
Görüşdə Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi, mədəniyyət işçiləri və saz sevərlər iştirak ediblər. Regional İdarənin rəisi Ramiz Quliyev Fəxri Fərmanı yubilyara təqdim edib. Daha sonra rayon aşıqları Əlixan Niftalıyevin repertuarlarından bir neçə mahnı ifa ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB