Şuşa Dövlət Musiqili Dram Teatrının yeni mövsümünün açılışı

Şuşa Dövlət Musiqili Dram Teatrının yeni mövsümünün açılışı

Şuşa Dövlət Musiqili Dram Teatrı 145-ci teatr mövsümünü, milli dramaturgiyamızın banisi Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti-vəziri-xani-Lənkəran” komediyası ilə açacaq. SİA teatrdan verilən xəbərə görə, tamaşanın quruluşçu rejissoru Əməkdar artisti Loğman Kərimovdur.

Rolları Məmməd Məmmədov, Püstəxanım Zeynalova, Mətanət Eres, Aybəniz Əhmədova, Rasəf Mehdiyev, Xanirə İsgəndərova, Zahid Mehdiyev, Mobil Qurbanov, Zəhra Salayeva, Sevinc Ağayeva, Dürdanə Dünyamalıyeva, Əməkdar artistlər Şükufə Musayeva, Nazir Rüstəmov və Azad Məmmədov ifa edirlər.

Qeyd edək ki, adıçəkilən tamaşa 2 oktyabr 2018-ci il tarixində saat 15:00-da “Azərsun Holdinq” Mədəniyyət Mərkəzində (ünvan: Heydər Əliyev prospekti, 92a) nümayiş olunacaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə