“Hər şeyə rəğmən” adlı görüş keçirilib FOTOLAR

“Hər şeyə rəğmən” adlı görüş keçirilib FOTOLAR

Əlilliyi olan şəxslərin digərlərindən fərqləndirilməməsi, onların cəmiyyətə inteqrasiyasını təmin etmək məqsədilə Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz tərəfindən xüsusi istedadlı, yaradıcılıq qabiliyyətləri olan həmin insanlarla “Hər şeyə rəğmən” adlı ilk müzakirə xarakterli görüş təşkil olunub. SİA-nın məlumatına görə, bu baxımdan xüsusi qayğıya ehtiyacı olan insanların digər insanlardan fərqlənməməsini, onların cəmiyyətin bərabər hüquqlu fərdləri kimi yaşamasını, cəmiyyətə inteqrasiya olunmalarını təmin etmək, komplekslərdən qurtulmalarına çalışmaq hər birimizin borcudur.

Mərkəzin direktoru Asif Usubəliyev çıxış edərək vurğulayıb ki, bunun üçün mütəmadi olaraq bu insanlarla ünsiyyətdə olmağa, onlara mənəvi cəhətdən yardım göstərməyə, daima dinləməyə və anlamağa çalışmaq lazımdır.

Görüşdə müxtəlif dövlət qurumlarının nümayəndələri, əlilliyi olan insanlarla çalışan təşkilatlar iştirak ediblər. Tədbir zamanı əlilliyi olan vətəndaşların məşğulluq imkanlarına yiyələnmələrinə daha geniş şərait yaradılması, yeni layihələrin hazırlanaraq həyata keçirilməsi, sağlamlıq imkanları məhdud şəxslərin mədəniyyət sahəsində fəaliyyətinə dair müzakirələr aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə