Kürdəmir regional mərkəz olmaqla İmişli, Füzuli, Beyləqan və Xocavənd rayonlarını əhatə edən Mədəniyyət mərkəzləri və klub müəssisələri işçiləri üçün “Maddi və qeyri-maddi mədəni irsin yerlərdə qorunması və təbliği” mövzusunda səyyar seminar-treninq öz işinə başlayıb. SİA-nın məlumatına görə, səyyar seminar-treninq Mərkəzin direktoru Ramazan Şabanov tərəfindən açıq elan edilib. Açılışda Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi Elman Məmmədov, Mərkəzin tədris işlərinin tənzimlənməsi üzrə direktor müavini Nəzakət Rəhmanova, tədris metodika kabinetinin müdiri Aygün Hüseynova, səyyar tədrisin təşkili bölməsinin müdiri Turan Məmmədova da iştirak edib.
40 saatlıq tədris planı əsasında təşkil olunan seminar-treninqdə əhatə olunan rayonlar üzrə 60 nəfər Mədəniyyət mərkəzləri və klub müəssisələri işçiləri iştirak edir. Treninqi əhatə edən mövzuların müəyyən hissəsi Mədəniyyət haqqında Azərbaycan Respublikasının Qanunu, Mədəniyyət Konsepsiyası və onlardan irəli gələn məsələləri, digər hissəsi isə Azərbaycan Mədəniyyətinin və xalq yaradıcılığının dəstəklənməsi, yerlərdə maddi və qeyri-maddi mədəni irsin qorunması, əhalinin asudə vaxtının təşkilində şəhər(rayon) Mədəniyyət mərkəzlərinin rolu, diyarşünaslıq, folklor və sənətkarlıq üzrə profilləşdirilən klublarla əməli və metodiki işin funksiyaları məsələlərinə həsr olunub. Treninqə mütəxəssis olaraq Bibiheybət Mədəniyyət Mərkəzinin əməkdaşı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Fəridə Babayeva, Bakı Mühəndislər Universitetinin bədii yaradıcılıq bölməsinin müdiri sənətşünaslıq üzrə fəlsəfə doktoru Zəminə Axundova, mərkəzin baş metodisti Samirə Cəlilova və başqa mütəxəssis müəllimlər də cəlb olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB