Azərbaycan YUNESKO-nun Hökumətlərarası Komitəsinə üzv seçilib

Azərbaycan YUNESKO-nun Hökumətlərarası Komitəsinə üzv seçilib

Azərbaycan YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinə üzv seçilib. SİA-nın məlumatına görə, bu barədə Azərbaycanın YUNESKO yanında daimi nümayəndəsi Anar Kərimov "Tvitter"dəki səhifəsində yazıb.

Azərbaycanla yanaşı komitəyə Niderland, Polşa, Yamayka, Çin, Yaponiya, Qazaxıstan, Şri-Lanka, Kamerun, Küveyt, Cibuti və Toqo da seçilib.

Qeyd edək ki, Azərbaycan 2018-2022-ci illərdə komitənin üzvü olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə