“Azərbaycan Xalq Cümhuriyyəti 100” mövzusunda yazı müsabiqəsinin qalibləri bəlli olub. FOTO
Bank Respublika və Azərbaycan Banklar Assosiasiyası tərəfindən “Azərbaycan Xalq Cümhuriyyəti 100” mövzusunda tələbələr arasında keçirilən yazı müsabiqəsinin qalibləri bəlli olub. SİA-nın məlumatına görə, müsabiqədə iştirak üçün tələbələr tərəfindən 100-dən artıq yazı işi göndərilib. Xalq artisti Nurəddin Mehdixanlı, BDU-nun Tarix fakültəsinin kafedra müdiri Anar İskəndərov, BDU-nun Tarix üzrə fəlsəfə doktoru Sevinc Qasımova, Bank Respublika və Banklar Assosiasiasının rəhbərliyindən ibarət münsiflər heyəti göndərilən bütün yazıları təhlil etdikdən sonra müsabiqənin 3 qalibini müəyyən ediblər.
Nərmin Əsgərova I yer - (Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası)
Nigar Ömərova II yer - (Azərbaycan Turizm və Menecment Universiteti)
Nazim Vəlixanov III yer - (Azərbaycan Dövlət Neft və Sənaye Universiteti)
Qalibləri təbrik etdikdən sonra onlara müsabiqədə iştirak etdikləri üçün bir daha təşəkkür edildi, onlara pul mükafatı və qalibiyyət sertifikatları təqdim olunub.
Mayın 22-də Azərbaycan Turizm və Menecment Universitetinin rektoru İlham Mədətov Bank Respublika və Azərbaycan Banklar Assosiasiyası tərəfindən “Azərbaycan Xalq Cümhuriyyəti 100” mövzusunda tələbələr arasında keçirilən yazı müsabiqəsinin qaliblərindən-universitetin tələbəsi Nigar Ömərovanı təbrik etmiş gələcək həyatında, təhsil illərində ona uğurlar arzulayıb və mükafatlandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB